

Sabit tariflər
- Dəyişməz qiymətlər.
- İllik büdcə planlamasında rahatlıq.
- Bütün çəkilişlər üçün bir razılaşma
Vahid tərəfdaş
- Hər tədbir üçün yenidən fotoqraf axtarma: il boyu eyni keyfiyyət və vizual üslub.
Rahat planlama
- İllik balansdan ehtiyac olduqca istifadə et.
Bank köçürməsi
- Ödənişi şirkət hesabından köçürmə yolu ilə et.
Ehtiyacına uyğun 3 fərqli paket
standart qiymətlərə 30% — dək endirim
İllik müqavilə üzrə endirimli tariflər.
Standart qiymətlər, endirimli illik tarif qiymətləri və şirkətin qənaət miqdarı.

Nümunə hesablama cədvəli (Biznes paketi)
Şirkət 2 000 AZN illik balansı əvvəlcədən ödəyir və il ərzində fərqli tarixlərdə çəkiliş sifariş edir. Hər çəkiliş BİZNES paketinin 25% endirimi ilə hesablanır.

Xidmət və istifadə şərtləri.
- Xərclənməmiş balans ilkin ödəniş tarixindən 12 + 3 ay qüvvədədir. Bu müddət tamamlandıqda istifadə olunmamış qalıq qüvvədən düşür.
- Ödəniş şirkət hesabından bank köçürməsi ilə həyata keçirilir.
- Çəkiliş ən azı 5 gün əvvəl sifariş edilir. Daha yaxın tarixlər fotoqrafın təqvimindən asılı olaraq qəbul edilir.
- Fotolar seçilib, redaktə olunaraq onlayn qalereya ilə təhvil verilir: 1–2 saatlıq çəkilişlər 1 gün, yarım və tam günlük çəkilişlər 2–3 gün ərzində.
- Balans geri qaytarılmır və yalnız müqavilə tərəfi olan şirkət tərəfindən istifadə olunur. Hər çəkilişdən sonra qalan balans yazılı bildirilir.
Ayrıca hesablanır.
- Əlavə fotoqraf və ya foto komandası
- Bakıdan kənar səfər və nəqliyyat xərcləri
- Studiya, məkan və xüsusi istehsal xərcləri
- Dərin redaktə (retouch)



