
Korporativ tədbir
Forumlar, konfranslar, sərgilər, təqdimatlar və biznes görüşləri üçün peşəkar fotoçəkilişlər.

Biznes portret
Rəhbərlər, əməkdaşlar və şirkət komandaları üçün peşəkar portret çəkilişləri.

Brend fotoqrafiyası
Məhsul, moda və reklam çəkilişləri, həmçinin brendlərin sosial media paylaşımları üçün fotoşəkillər.
Siz soruşmadan, mən deyim.
Çəkilişlə bağlı ən çox verilən suallar.
Çəkiliş saatı artdıqca qiymət hansı formada dəyişir?
Çəkiliş saatı artdıqca hər növbəti saata görə qiymət əvvəlki saatın qiymətindən daha az olur. Yəni ümumi qiymət artsa da, saat başına düşən məbləğ azalır.
Fotolar neçə günə təhvil verilir?
Müştərinin “retouch” (retuş) tələbi yoxdursa, yarım və tam günlük fotoçəkilişlərin fotoları adətən 2–3 gün, 1–2 saatlıq çəkilişlərin fotoları isə 1 gün ərzində təhvil verilir.
Çəkiliş üçün avadanlıq və işıqlandırma siz tərəfdən gətirilirmi?
Bəli. Hər çəkiliş üçün lazım olan foto avadanlıqlar, obyektivlər və portativ işıqlandırma sistemləri tərəfimdən təmin olunur.
Fotolar sosial şəbəkələrdə paylaşılırmı?
Paylaşım yalnız müştərinin icazəsi ilə edilir.

Azad Qəhrəmanov
(SAT Group)
Elşən ilə 4 il ərzində həm forumlarımız, həm digər korporativ tədbirlərimizdə, eləcə də, bir çox marketinq fəaliyyətlərimizlə bağlı baş tutmuş əməkdaşlıqdan məmnun olduğumuzu bildirmək istərdim. İstər çəkilişlərin keyfiyyət və yaradıcı məzmunu, istərsə də onunla olan kommunikasiya və əməkdaşlıqdan zövq almışıq.

Dilara Umudova
(UNDP Azerbaijan)
Müxtəlif regionlarda layihələrimizi həyata keçirən zaman, konteksti başa düşən, hekayələrimizin qəhrəman, iştirakçılarına həssaslıqla yanaşa biləcək fotoqrafla işləmək çox önəmli idi. Elşən bunun öhtəsindən peşəkarlıqla gəldi. Ona geniş spektrda işlər əmanət edib referans olduğum zaman müsbət geridönüşlər alaraq, seçimimdə və məsləhətlərimdə yanılmadığıma əmin olmuşam.

Orxan Rzayev
(ADB Azərbaycan)
ADB-nin (Asiya İnkişaf Bankı) bir çox önəmli tədbir və layihələrində Elşən ilə birgə işləmək bizim üçün çox xoş olub. O, hər çəkilişdə ən xırda detallara belə diqqət edir və gözəl estetik zövqə malikdir. Həmçinin, punktual və etibarlı tərəfdaş, dostdur.
Elvin Məmmədsoy
(Outtour Azerbaijan)
Biz Elşənlə 7 ildir ki, əməkdaşlıq edirik. Bizim çoxsaylı turlarımızı, eləcə də fərqli sosial layihələrimizi böyük diqqət, özünəməxsus yaradıcılıq və təbii hekayəçilik üslubu ilə sənədləşdirib. Mən Elşənə təkcə peşəkar səviyyədə yox, həm də öz şəxsi hekayəmdə — nikah günümün fotoları üçün güvənmişəm. Bu da onun bacarığına nə qədər etibar etdiyimi göstərir.






















































